Zəmanət

Mağazamızın satış sonrası xidmətlərinə: məhsulun ünvana çatdırılması və quraşdırılması, məhsulun xüsusiyyət və keyfiyyətləri barədə müştərinin məlumatlandırılması, şikayətlərin vaxtında cavablandırılması və lazımı vaxtda köməyin göstərilməsi daxildir.

Türk standartları ilə uyğun dizayn olunmuş Mondi mebelləri 2 illik zəmanətə malikdirlər. Mebel dəstləri istehsal prosesi müddətində bir çox yoxlanışlardan keçir. Məhsul istehsal olunmadan öncə layihəni icra edən komandanın qarşısında iki əsas vəzifə durur: məhsuldarlıq və məhsulun təhlükəsizliyi. Biz sizlərə uzun illər istifadə edə biləcəyiniz mebel təklif edirik. Müştəri məmnuniyyətini təmin etmək bizim əsas məqsədlərimizdən biridir. 



-